KÖRPƏLƏR EVİNDƏKİ ƏRZAQLARI EVİNƏ DAŞIDIĞI İDDİA EDİLƏN BAŞ HƏKİM İŞDƏN ÇIXARILDI ? – RƏSMİ CAVAB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 23
    Shares

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılması ilə bağlı mətbuatda məlumat gedib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, baş həkim Nəhayət Əliyeva işdən çıxarılmayıb: “Hələlik araşdırma aparılır. Araşdırmaların nəticəsindən sonra onun işdən çıxarılıb-çıxarılmaması bəlli olacaq”.

Big.az saytı 1 saylı körpələr evi ilə saxlayıb. 1 saylı körpələr evindən verilən məlumata görə Nəhayət Əliyeva bir neçə gündür ki, işə çıxmır: “Onun işdən çıxarılması ilə bağlı heç bir məlumatımız yoxdur. Hazırda da işdə deyil”.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.

Related Articles

050-295-94-79
top