ƏƏSMN-İN MƏTBUAT XİDMƏTİNDƏN İLGİNC ADDIM: SƏLİM MÜSLÜMOVUN FƏALİYYƏTİ YENƏ TƏBLİĞ OLUNUR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu dövrdə ehtiyaclarına uyğun olaraq onlar 358 ədəd aşağı və yuxarı ətraf, həmçinin döş protezi, 441 ədəd yuxarı və aşağı ətraf ortezi, 2382 ədəd müxtəlif reabilitasiya vasitəsi, 138 ədəd bel və boyun nahiyəsi üçün korset, 229 cüt protez ayaqqabı, 1242 cüt ortopedik ayaqqabı ilə təmin olunublar. Bu təbəqədən olan insanlara 362 ədəd dördayaqlı dayaq vasitəsi, 486 cüt dirsəkaltı ağac, 866 ədəd əsa və s. də verilib.
Yanvar-aprel aylarında tibbi göstərişi olan əlillər isə 353 ədəd əlil arabası ilə təmin olunublar.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 207 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onlara təqdim edilib.
Qeyd olunan dövrdə həmin müəssisələr tərəfindən ümumilikdə 3258 nəfər əlilliyi olan şəxsə (o cümlədən 450 nəfər Qarabağ müharibəsi əlilinə) xidmət göstərilib. Həmin insanlardan 204 nəfəri stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunublar.
Xatırlaadq ki, nazirliyin yaydığı bu hesabat xarakterli məlumat keçmiş nazir Səlim Müslümovun dövrünə aiddir. Hansı ki, Səlim Müslümov aprelin 21-də vəzifədən azad edilib və yerinə Sahil Babayev təyin olunub.
Maraqlıdır, nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev keçmiş nazirin dövrünə aid olan təbliğat xarakterli statistikanı bu şəkildə  məhz indi niyə yayır? Bu, o deməkdir ki, Səlim Müslümovun dövründə hər şey qaydasında olub? Bəs, elə isə Prezident onu niyə vəzifədən kənarlaşdırıb?
Hər halda unutmayaq ki, Prezident İlham Əliyev Səlim Müslümovu məhz yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad edib.
Mia.az

Related Articles

050-295-94-79
top