VƏFAT EDƏN XALQ ARTİSTİ FUAD POLADOV KİMDİR? (DOSYE)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 50
    Shares

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının xalq artisti, görkəmli aktyor Fuad Poladov dünyasını dəyişib.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib[2]. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.
Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar
Ferdinand – “Məkr və məhəbbət” (Fridrix Şiller)
Fərhad – “Məhəbbət əfsanəsi”, (Nazim Hikmət)
Nizami – “Qılınc və qələm” (Məmməd Səid Ordubadi)
Baron – “Həyatın dibində”, (Maksim Qorki)
Rauf – “Kərgədan buynuzu” (Maqsud İbrahimbəyov)
Mirzə Səfi – “Mirzə Şəfi” (Nəbi Xəzri)
Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə – (“Mahnı dağlarda qaldı”,”Məhv olunmuş gündəliklər”,”Qəribə oğlan”, “Büllur sarayda”,”Boy çiçəyi”, və “Şeyx Xiyabani”, (İlyas Əfəndiyev)
Hamlet, Benedikt-(“Heç nədən səs-küy”, “Hamlet” (Uilyam Şekspir)
Şahbaz bəy – “Müsyö Jordan və dərviş Məstəli şah”, (Mirzə Fətəli Axundzadə),
Şöklü Məlik – “Torpağa sancılan qılınc”, (Nəbi Xəzri)
Çığatay – “Yağışdan sonra “(Bəxtiyar Vahabzadə)
Avtandil – “Darıxma ana”, (Nodar Dumbadze)
Şah Qacar-“Şah Qacar”, (Əli Əmirli)
Müsyo İbrahim -“Müsyo İbrahim və Quran çiçəyi”, (Erik-Emmanuel Şmitt)

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar
Erve Monten – “Tamaşaçılara baxmaq qadağandır” (J.Marsan)
Daniel – ” Tənha kişi üçün tələ” (R. Tom)
Pavel Trunnikov – “Şəhərdə dəhşətli dərəcədə narahatlıq var” (İ. Pikovski)
Lopaxin – “Albalı bağı” (A.P. Çexov)
Yuliy Sezar – “Kölgələrin oyunu” (Y. Edlis)
Stefan ” -Qara dəlik” (Q. Stefanovski)
İblis – “İblis” (H.Cavid)
Sankiti Oba – “Aramızdakı kabuslar” (K.Abe)
Eddi Karbone – “Eddi Karbone” (Körpüdən görünən mənzərə) (A. Miller)
Stefan – ” Fransızsayağı ailə” (Ailənin həftəsonu) (J.Puare)
Svetlovidov – “Ququşu mahnısı” (A.P. Çexov)
Lord Avqust – “Avqust üzərinə düşən vəzifəni yerinə yetirir” (B.Şou)
Floran – “Müqəddəs bədheybətlər” (J.Kokto)
Eduard Polumb – “Dulların təsəlliçisi” (C.Marotta, B.Randon)
Həkim Korniş – “Əlçatmaz qadın” (S.Moema)
Napaleon 1 – “Napaleon 1” (F.Brukner)
Kardinal Vulsi – “Şah oyunları”. (Q.Qorin)
Həkim Dorn – “Qağayı” (A.P.Çexov)
Herman Lyuis – “Qarışıq hisslər” (R.Baer)
Didr – “Pozğun” (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)…
Aldığı mükafatlar
Azərbaycan SSR-nin xalq artisti (20 mart 1987)
2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.[3]

Related Articles

050-295-94-79
top