TELMAN İSMAYILOVA DAHA BİR ZƏRBƏ – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 12
    Shares
Moskvanın Çerkizov bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılova məxsus ticarət mərkəzi “Avanqard” banka satılıb.
AYDINLIQ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Moskvanın İzmaylov şossesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi içərisində olan mebellər və ofis avadanlıqları ilə birlikdə mayın 3-də keçirilən hərracda satılıb.

Alqı-satqının dəyəri 1,55 milyard rubl olub. Bina içərisində olan inventarla birgə bankın mülkiyyətinə keçib. Lotda təsviri zamanı inventara “Saratov” soyuducusu, ofis mebeli, kompüterlər və digər əşyalar daxil olub.
Ticarət mərkəzi satışa qədər AST Telman İsmayılovla ailəsinə məxsus “Ruslayn 2000” şirkətinin tərkibində olub.
Xatırladaq ki, 2015-ci ildə müflis olduğu elan olunan biznesmen Rusiyada Telman 8 nəfərin qətlində ittiham edilir. Öldürülənlər arasında sahibkarlar Vladimir Savkin və Yuri Brilyov da var.

Related Articles

050-295-94-79
top