QOCALMAYA QARŞI VASİTƏ TAPILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 11
    Shares

Massaçusets texnologiya institutunun bioloqları  24 saat ərzində ac qalmanın bağırsağın kök hüceyrələrinin qocalmasını dayandıra bildiyini müəyyən edib.

Oxu.Az xəbər verir ki, alimlərin elmi işi “Cell Stem Cell” jurnalında dərc olunub.

Bağırsağın kök hüceyrələri mədə-bağırsaq sistemində müxtəlif faydalı funksiyaları yerinə yetirən hüceyrələrin bərpa olunmasına cavab verir.

Yaş ötdükcə bağırsaqda yeni hüceyrələrin meydana gəlmə prosesi zəifləyir. Bu isə onu müxtəlif infeksiyalara, bədxassəli şişin inkişafına həssas edir.

Tədqiqatda 24 saat ərzində ac saxlanılan siçanlardan istifadə olunub.

Ac saxlandıqdan sonra  gəmiricilərdən kök hüceyrələri götürülüb. Həmin hüceyrələr “in vitro” texnologiyası ilə sınaq şüşəsində yetişdirilib.

Yetişdirilmə zamanı orqanoid yəni əsl orqanın rudimenti meydana gəlib.

Məlum olub ki, hüceyrələr enerji almaq üçün qlükoza əvəzinə yağ turşularının parçalanmasından enerji alır. Bu onların funksionallığını həmçinin toxumaların ümumi regenerativ bacarıqlarını yaxşılaşdırır.

Keçid  yağ turşularının metobolizmində iştirak edən genlərin aktivliyini tənzimləyən PPAR transkripsion faktorların aktivləşməsi yolu ilə həyat keçir.

Habelə PPAR-yolu deaktivləşdirldiyi zaman aclıq yolu ilə belə regenerasiya prosesini bərpa etmək mümkün olmur.

Alimlər kök hüceyrələrinin yağ turşularının parçalanması ilə olan qarşılıqlı əlaqəsini və hüceyrələrin regenerasiyası prosesini daha dərindən təhlil edərək, qocaların ömrünü uzadacaq xüsusi preparat ərsəyə gətirməyi planlaşdırır.

Related Articles

050-295-94-79
top