“MÜƏLLİM SİZİN ÖVLADINIZIN ALNINI O VƏZİYYƏTƏ SALSA, ƏCƏB EDİB…” – NAZİLƏNİN PAYLAŞIMINDA OLAY

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 50
    Shares

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi.

Bu məsələ bu gün Zaur Baxşəliyevin aparıcılığını etdiyi “Bizimləsən” verilişində müzakirə olunub. Aparıcı hətta “İnstagram” səhifəsində döyülən uşağın fotosunu paylaşaraq “Kimdir günahkar? Müəllim yoxsa valideyn?” şərhini yazıb.

Buna cavab olaraq şairə Nazilə Səfərli “Müəllim bizim valideynimizdir. İstər sevər, istər döyər” sözlərini yazıb. Şairənin yazdıqları izləyiclər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Nəzilə Səfərlini qınayıblar. İzləyicilərdən biri “Mənə maraqlıdır, əgər müəllim sizin övladınızın alnını o vəziyyətə salsa, əcəb edib, qoy səni öldürsün deyərsiniz?” sualını verib.

Qeyd edək ki, verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.

mənbə: sonxeber.az

Related Articles

050-295-94-79
top