MƏKTƏBDƏ UŞAĞI DÖYÜLƏN QADINLA BAĞLI ŞOK İDDİA-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 144
    Shares

ATV-yə uşağın döyülməsilə bağlı kadrları kim ötürüb?

189-190 saylı məktəbdə müəllim tərəfindən döyülərək baş nahiyəsindən ağır xəsarət alan Nuray Quliyevanın anası Xanım Əliyeva baş verənlərlə bağlı şikayət edəndən sonra şantajla üz-üzə qalıb. Ananın şikayəti təhsil naziri Ceyhun Bayramovun şəxsi nəzarəti altında araşdırılıb və və şikayətin əsaslı olduğu aydınlaşdırılıb. Buna görə də uşağa qarşı zorakılıq edən və xəsarət yetirən müəllim işdən azad edilib.
Amma görünür, hansısa qüvvələr belə nəticə ilə razılaşmaq istəməyiblər. Bunun ardınca ananın öz uşağını tənbeh etməsi ilə bağlı videogörüntülər Xanım Əliyeva ilə razılaşdırılmadan qanunsuz olaraq ATV telekanalına ötürülüb. Bu videogörüntülərdən məlum olur ki, ana öz uşağını tənbeh etmək üçün ona yüngül sillə vurur və bu tənbeh hərəkətinin hər hansı xəsarətlə nəticələnməsi mümkünsüzdür. Videogörüntülər Zaur Baxşəliyevin verilişində ananın qarşısına “sürpriz” kimi atılıb və ardınca sanki hansısa gizli qüvvənin sifarişi əsasında aparıcı qarışıq veriliş iştirakçılarının hamısı şikayətçi ananı məhkəmə ilə hədələməyə başlayıblar. İstisnasız olaraq bütün anaların yol verdiyi adi tənbeh tədbirini bu dərəcədə şişirdib anaya qarşı istifadə edənlərin kimliyini də ehtimal etmək olar. Hər halda videogörüntüləri qanunsuz olaraq ATV kanalına kim ötürübsə, zərərçəkmiş anaya qarşı “teleşantaj”ın da sifarişçiləri həmin adamlardır.

Uşağın anası Xanım Əliyeva İnstagram-da canlı yayımda ittihamlara cavab verib. Onun sözlərindən belə məlum olur ki, məktəbdə valideynləri də onun özünə və qızına qarşı qaldırıblar.

Təəssüf ki, ATV kanalında baş verənlər çox pis bir təcrübənin bünövrəsini qoyur. Bu o deməkdir ki, övladı zorakılığa məruz qalan valideynlər susmalıdırlar, yoxsa onlar ATV-nin efirində biabır ediləcəklər. Son hadisələrin verdiyi mesaj məhz belədir. Maraqlıdır ki, ATV-nin efirində uşağın xəsarət alması epizodu göstərilmir, amma ananın öz uşağını yüngülcə tənbeh etməsindən faciə düzəldib onu məhkəmə ilə hədələyirlər. Halbuki uşağı vəhşicəsinə döyən müəllim aydın şəkildə həbsxanaya getməlidir.

Ümid edirik ki, Təhsil Nazirliyi anaya qarşı şantaj kimi istifadə olunan videogörüntüləri məktəbdən ATV kanalına qanunsuz olaraq ötürənləri və zərərçəkmiş ailəyə qarşı şantajların arxasında dayananıları aşkarlayıb cəzalandıracaq.

Ananın videmüraciətini və ATV kanalında yer alan “hədə-qorxu” verilişinin videogörüntülərini təqdim edirik. (Bizimyol.info)

Related Articles

050-295-94-79
top