RÜŞVƏT ALDIĞI DEYİLƏN KƏMALƏ AĞAZADƏ İLƏ BAĞLI SON XƏBƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 31
    Shares

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-isifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Kəmalə Ağazadə ittiham aktı ilə tanış olmaq istədiyini bildirib.

Buna görə hazırlıq iclasının davamı mayın 7-dək təxirə salınıbQeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarına əsasən, o, vəzifəsindən sui-istifadə etməklə bir neçə vətəndaşı aldadaraq, onlara məxsus 7800 manat pulu ələ keçirib.

K.Ağazadə 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışır.

mənbə: oxu.az

Related Articles

050-295-94-79
top