RƏQSANƏNİN QIZININ YAYDIĞI VİDEOYAYA NAZİRLİK QARIŞDI: “BU GÖRÜNTÜLƏR…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 51
    Shares

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülər təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib.

Bu sözləri BiG.AZ-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, görüntülərdən aydın olur ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulmaq üçün maşına yüklənilib: “Uşaq bezləri isə dəyişdirilməsi məqsədilə binadan çıxarılıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bir neçə gün əvvəl 1 saylı körpələr evindən mələfələrə bükülmüş əşyaların ərzaq və geyimlərin maşınlara daşındığının əks olunduğu videogörüntülər yayılıb.

Related Articles

050-295-94-79
top