GENERAL ƏLİXANOV TƏQAÜDƏ GÖNDƏRİLDİ?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 6
    Shares

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.”

Yayılan məlumatla bağlı Bizimyol.info Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında xəbərin yalan olduğunu bildirib.

“Mən hazırda məzuniyyətdəyəm. İşdən çıxmamışam. Bununla bağlı da heç bir sayta da açıqlama verməmişəm.”
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da Bizim Yol-a açıqlamasında məlumatın yalan olduğunu generalın hazırda məzuniyyətdə olduğunu bildirib.
“Bununla bağlı əmr verilməyib. Hüseyn Əlixanov məzuniyyətdədir.”

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hüseyn müəllimin 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib”.

 

Related Articles

050-295-94-79
top