ENERJİ İÇKİLƏRİNİN DAHA BİR ZİYANI TAPILDI: HƏKİMLƏR ARAŞDIRDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İngiltərə diş həkimləri birliyi ( The British Dental Association ) nazirləri enerji içkiləri ilə bağlı başlatdıqları kampaniyaya dəstək olmağa çağırıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir. “The British Dental Association”dan verilən məlumata görə, buna başlıca səbəb enerji içkiləridir.

Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.

BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.

Azyaşlılarda diş çürüməsinin əsas səbəbinin enerji içkiləri olduğunu söyləyən Mik nazirləri enerji içkilərinin yaşı 16-dan az olanlara satılmaması ilə bağlı qərar çıxarmağa səsləyib.

Related Articles

050-295-94-79
top