“DƏRMAN VASİTƏLƏRİNİN REKLAMI SİQARETİN REKLAMINDAN DAHA TƏHLÜKƏLİDİR…” – DEPUTAT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm”.
 Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: “Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.
Komitə sədri vurğulayıb ki, Avropa ölkələrində dərman vasitələrinin reklamı qadağan olunub: “Hesab edirəm ki, biz də bu məsələyə yenidən qayıtmalıyıq”.

Related Articles

050-295-94-79
top