CANLI EFİRDƏ MEYXANAÇILAR ARASINDA – MÜBAHİSƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares
“Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində gərgin anlar yaşanıb.

“Ölkə.Az”ın məlumatına görə, uzun müddətdir efirdən uzaq düşən meyxanaçı Aqşin Fateh bunun səbəblərini izah edib:

“Söz böyük vasitədir. İnsan fikrini sözlə ifadə edir, duaları da sözlə edir. Ona görə də söz müqəddəsdir. Heç vaxt söyüşlə meyxana deməmişəm. Müəyyən yaşdan sonra düşündüm ki, içkili insanların özünü xoşagəlməz apardığı məclislərdən uzaq olmaq lazımdır”.

Oqtay Kamil isə Aqşin Fatehin də nə vaxtsa söyüşlü meyxana dediyini bildirib:

“Meyxana Namiq Qaraçuxurludan sonra daha çox sevilməyə başladı. Onun dediyi rəvayət yayıldı və sevildi”.

Aqşin Fateh bildirib ki, meyxana məhz “De, gəlsin!” yarışmasından sonra daha da kütləviləşib:

“Namiq qardaşımızdır. Amma Namiqdən əvvəl Ağasəlim Çıldağ, Nizami Rəmzi olub və onlar da meyxananı söyüşsüz deyiblər. Meyxana hikmətiylə, qüdrətiylə sevilib”.
Ağamirzə isə meyxananın belə müzakirə olunmasına etiraz edib:
“Mənə demişdilər ki, meyxana deyəcəyik. Bura danışmağa gəlməmişik ki? Söyüş sözünün özünü demək olmaz”.

Related Articles

050-295-94-79
top