BU AYDA QURULAN AİLƏLƏR TEZ DAĞILIR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 16
    Shares

“May ayında toy etmək olmaz, ay bala. Bizim flan qohumun qızı mayda ərə getmişdi. İki uşaqla dədəsi evinə qayıtdı”- nənəm belə deyərdi…

May ayı el arasında uğursuz bir ay kimi dəyərləndirildiyindən, əksər cütlük bu ayda toy etmir. Deyilənə görə, bu ayda qurulan ailələr tez açıb tez solan yaz çiçəkləri kimi tez də dağılır. Keçmişdən gələn bu ənənəyə bir-iki ailəni çıxmaq şərtilə bu gün də əməl edilir.

AMEA-nın Folklor İnstitunun əməkdaşı Afaq Ramazanlı Metbuat.az-a açıqlamasında bildirib ki, may ayında toy olmaması adəti qeyri-millətlərdən keçmədir:

“Əvvəllər Azərbaycanda toylar payız aylarında keçirilirdi. Yazda heç vaxt toy olmayıb. Bu da sırf təsərrüfatla bağlı olub. Yazda insanlar yemək baxımından çox narahat olurdular. Çünki yayda yığılan bütün azuqələr qışda bitirdi. Aprel, may, iyun aylarında toylar olmurdu. Əsasən sentyabr, oktyabr aylarında toy edilirdi. Çünki o vaxta bütün məhsul yığılır, ərzaqlar əldə edilirdi. İnsanların təsərrüfat həyatı ilə bağlı heç bir məşğuliyyətləri olmadıqları üçün toy etməyə vaxtları qalırdı.

Həmin dövrdə formalaşan fikrilər indi də davam etdirilir. Əcdadlardan görülənləri davam etdirmək insana xas olan cəhətdir. Azərbaycanlılqr qədim dövrdə yaz-yay aylarnda toy keçirməyiblər. Sonradan Azərbaycan xalqı ünsiyyətdə olduğu ruslardan da bu adəti götürərək özünküləşdirib. Bu da rusların “маяться” sözüylə bağlıdır. Lakin onun kökləri bizim üçün daha qədimdir. Yoxsa may ayında qurulan ailələrin tez dağılması ilə bağlı formalaşan fikirlər tamamilə cəfəngiyyatdır”.

Bəzi mənbələrdə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada “Mayi ilahəsi”nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

Related Articles

050-295-94-79
top