ZAURUN REKLAM ETDİYİ “MAFİOZ” HƏKİMLƏ BAĞLI ATV-DƏN AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 23
    Shares

Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq dərrman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.

Qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.AYDINLIQ.AZ xəbər verir ki, unikal.org məsələ ilə bağlı Azad Azərbaycan televiziyasının vitse-prezidenti Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb.

Vitse-prezident bildirib ki, həmin həkimlə bağlı aparıcı Zaur Baxşəliyevin açıqlaması olacaq:

“Zaur Baxşəliyevin verilişindəki həkimlə bağlı məsələdən xəbədarıq. Bu gün aparıcı Zaur Baxşəliyev ginekoloq Natiq Məhərrəmovla bağlı açıqlama verəcək. Saat 16:30 “Bizimləsən” verilişi yayımalanan kimi verilişin ilk dəqiqələrində Zaur həmin həkimin verilişinə çıxması ilə bağlı bütün məsələlərə aydınlıq gətirəcək. Onda aparıcının da, televizyanın da bu məsələ ilə bağlı mövqeyi hər kəsə aydın olacaq”.

Related Articles

050-295-94-79
top