ZAURUN MƏŞHURLAŞDIRDIĞI DƏLƏDUZ HƏKİM BU XƏSTƏXANADA ÇALIŞIRMIŞ – FOTOFAKT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 26
    Shares

ATV telekanalında yayımlanan “BizimləSən” verilişi vasitəsilə məşhurlaşan dələduz ginekoloq Natiq Məhərrəmov haqqında maraqlı fakt üzə çıxıb.

AYDINLIQ.AZ axar.az-a istinadən xəbər verir ki, N.Məhərrəmovun bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında çalışdığı məlum olub. Belə ki, onun İnstaqram səhifəsində paylaşdığı fotolarda sözügedən klinikanın loqosu yer alıb. Bundan başqa, Natiq Məhərrəmov iş başında ikən çəkilən fotolarında da məkan kimi klinikanı qeyd edib.“Leyla Şıxlinskaya” klinikasında dələduzluq, vergidən yayınma və s. Faktlarla bağlı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.

Xatırladaq ki, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib və qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Related Articles

050-295-94-79
top