RƏQSANƏNİN QIZI KÖRPƏLƏR EVİNDƏN OĞRULUQ EDƏN İŞÇİLƏRİ NÖVBƏTİ DƏFƏ İFŞA ETDİ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova 1 saylı körpələr evi ilə bağlı növbəti video yayımlayıb. 

AZXEBER.COM xəbər verir ki, müğənninin qızı körpələr evinin direktorunun onu məhkəməyə verməsindən çəkinmədiyini və həqiqətin bütün xalq tərəfindən bilinməli olduğunu qeyd edib:

“İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətirirk. Axı o videoda hamı açılmamış uşaq bezləri olduğunu görür. Bu da ikinci video. Bu da dəsmaldır? Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra isə sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur”.

Xatırladaq ki, ötən gün Aysun İsmayılova valideyn himayəsindən məhrum olmuş körpələr üçün gətirilən ərzaqların 1saylı körpələr evindən maşınlara doldurularaq oğurlandığını iddia etmiş və bununla bağlı video-material yayımlamışdı.

Related Articles

050-295-94-79
top