“TRAMPIN BİNASI”NDAKI YANĞIN QARŞIDURMA YARATDI – “AZƏRSU”DAN REAKSİYA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Trump Toverdə baş verən yangın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edb. Tramp Toverin yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub. Həmin ərazidə Azərsu ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib”.

Bunu Mia.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu gün Yusif Səfərov küçəsində Tramp Tover binasında baş verən yanğın zamanı yaşanan su qıtlığına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu gün ərazini su ilə fasiləsiz təmin edib:

“Bildirirmək istəyirəm ki, hətta Tramp Toverin işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yangın başlayan vaxtı Tramp Toverin ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. Azərsu ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”

Related Articles

050-295-94-79
top