GÖMRÜKLƏ BAĞLI DAHA BİR DƏYİŞİKLİK EDİLDİ – HÖKUMƏT QƏRARI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 19
    Shares
Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.
Dəyişikliklər gözün buynuz qişasının Azərbaycana idxalı prosedurunu müəyyənləşdirir. Beləliklə, göz qişasının idxal edildikdə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün gətirilməsi nəzərdə tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə sifarişi, gözün buynuz qişasını tədarük edən qurumla (Göz Bankı) ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə və gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.
Göz qişası ixrac edildikdə isə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün aparılması nəzərdə tutulan resipiyent barədə məlumatlar, Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş gözün buynuz qişasını qəbul edən Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə lazım olacaq.
****
Azərbaycanda gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edib.
Beləliklə, gözün buynuz qişasının idxalı üçün ixtisaslaşdırılmış tibb müəssisəsinin Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması, gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.
Gözün buynuz qişasının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması (Göz Bankının fəaliyyəti) üçün isə ixtisaslaşdırılmış tibb müəssisəsinin Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması lazımdır. Eyni zamanda gözün buynuz qişasının ixracı üçün qeyd olunan şərtlərlə bərabər, ixtisaslaşdırılmış tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olması tələb ediləcək.
Mia.az

Related Articles

050-295-94-79
top