YENİ BAŞ NAZİR İLK QƏRARINI VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yeni təyin olunmuş baş nazir Novruz Məmmədov ilk qərarını imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” 2014-cü il 7 fevral tarixli qərarında dəyişikliklər edilib.Dəyişikliklər 2014-cü il 7 fevral tarixli qərarla təsdiq olunmuş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket”, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunələri ilə bağlıdır.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunələrindən 13-cü hissədən “miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılıb. Bunun əvəzində “Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi (Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration), bəli / yes  xeyr /no , nə vaxt (when), səbəbi (reason), hansı orqan tərəfindən (name of authority)” məzmunda yeni hissə əlavə edilib.

“Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunəsinin 13-cü hissəsindən isə “miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri çıxarılıb. Bunun əvəzində “Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi, bəli  xeyr , nə vaxt, səbəbi, hansı orqan tərəfindən” məzmunda yeni hissə əlavə edilib.

Related Articles

050-295-94-79
top