EKZ NAZİR: “XEYİR İŞLƏRDƏ HƏMİŞƏ DEYİRƏM Kİ, SAĞLIQ DEMƏK MƏNDƏN, OYNAMAQ SƏNDƏN”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares

Zaman 2017-ci il… Məkan Milli Məclis… Azərbaycan parlamentində Nazirlər Kabinetinin illik hesabatı verilir. Hesabatın müzakirəsinə nazirlər də gəlib…

Ön sırada əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovlakənd təsərrüfatı naziriHeydər Əsədovyanaşı əyləşib… Nə haqda danışırlar, deyə bilmərik. Amma onları birləşdirən şox şey vardı…
Fotoşəklə baxanda mərhum şair Mikayıl Müşfiqin məşhur”Yenə o bağ olaydı”şeiri yada düşür…

Yəqin bir ildən sonar qurulacaq təzə hökumətin tərkibində yer almayacaqlarını ağıllarının ucundan belə keçirmirdilər… Amma sən saydığını say, gör fələk nə sayır…

Onları birləşdirən xeyli oxşar cəhərlər vardı… Hər ikisi vaxtilə keçmiş Xalq Təsərrüfatı İnstitutunda, sonra indiki İqtisad Universitetində müəllim işləyib… İkisi də eyni vaxtda bu institutda dərs deyiblər…
Hər ikisi nazir postuna 2013-cü ildə yeni hökumət quruland gətirilmişdilər. İkisi də eyni vaxtda – 2018-də yola salındı…
“Bir şəklin tarixçəsi”rubrikasında budəfəki təqdim bir qədər fərqli üslubda alındı. Yəqin ki, yazının ardı oxucularımız üçün də maraqlı olacaq…
Gələcəyin nazirlərinin ilk görüşü…

Səlim Müslümovla ilk tanışlığı universitet illərinə təsadüf edən sabiqkənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az-a keçmiş həmkarı ilə bağlı xatirələrini danışıb:

“Səlim müəllimlə ilk tanışlığımız 1987-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etdiyim vaxta təsadüf edir. Səlim müəllim aspirant qrupunun rəhbəri idi. O, həmin ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdı. Deməli, universitetin dəhlizində dayanmışdım, gördüm bir nəfər mənə yaxınlaşdı. Salamlaşdıq. Dedi ki, “mənə verilən məlumata görə, bir azərbaycanlı bizim kafedraya iş verib. O şəxs təsadüfən siz deyilsiniz?”. Dedim ki, mənəm. Universitetdəki proseslər barədə xeyli söhbət elədik. Eyni zamanda, Səlim mənə kömək təklif etdi. Dedim “mən dissertasiyamı özüm yazmışam, narahat olmayın, heç bir problemim yoxdur”. Beləcə, Səlim müəllimlə ilk tanışlığımız başladı”.

Növbəti görüş yeri – Maliyyə Nazirliyi

Daha sonra gələcəyin nazirləri Heydər Əsədovun dissertasiyasının ilkin müzakirəsi və müdafiəsi zamanı da qarşılaşıblar:

“Səlim Müslümov məndən 2 yaş kiçikdir. Mən dissertasiyamı bir il tez müdafiə edib qayıtdım. Əlaqələrimiz davam etdi. İndiki İqtisad Universitetində müəllim işləyirdim. Səlim müəllim də qayıtdıqdan sonra mənimlə eyni fakültədə çalışmağa başladı. İkimiz də müəllim idik. Mən 1995-ci ildə Prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edildikdən sonra Səlim Müslümovu da nazirliyə dəvət etdim. Mən Səlim müəllimi professional mütəxəssis kimi tanıyıram. Səlim müəllim işinin bilicisidir. O, iqtisadiyyatın istənilən sahəsində üç ay sonra professionala çevrilir. Çünki baza təhsili, riyazi bilikləri çox yüksəkdir. Hətta özünün mənə nəql etdiyinə görə, Səlim müəllim məktəb yaşlarında respublika olimpiadalarında çempion olub. Mənim anlamımda Səlim müəllim hansı vəzifəyə təyin olunmasından asılı olmayaraq, üç ay sonra həmin sahənin peşəkarına çevrilir. Səlim müəllim Maliyyə Nazirliyində vergi nəzarət sistemində çalışırdı, oradan Sosial Müdafiə Fonduna, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat aldı. Bütün təyinatlarında da professionallığını qoruyur”.
Ailələrin dostluğu…
Onlar həm də ailəvi dostluq münasibətlərindədirlər:
“Biz həm də Səlim Müslümovla ailəvi dostuq, çox yaxınıq. Onun üç övladı-iki oğlu, bir qızı var. Oğlanları Avropa təhsillidir, qızı hələ orta məktəbdə oxuyur. Səlim müəllim gözəl ailə başçısıdır. Övladlarını adət-ənənələrimizə, milli ruhumuza uyğun tərbiyə edib. Bizim ailələrimiz arasında da çox ciddi yaxınlıq münasibətləri var. Mən həm işinin professionalı, həm də gözəl dost olması baxımından Səlim müəllimə çox böyük hörmət bəsləyirəm. Bunu Səlim Müslümovun şəninə deyilən tərif kimi qəbul etməyin. Bunlar ürəyimdən gələn sözlərdir. Mən onun qohum-əqrəbalar üçün çox sadə, səmimi, qayğıkeş, problemlərinə öz problemi kimi baxan bir insan kimi xarakterizə edərdim. Biz xeyir işlərə gedəndə, həmişə deyirəm Səlim, sağlıq demək məndən, oynamaq səndən. Ümumiyyətlə, Səlim ev üçün gözəl ailə başçısı, qohum-əqrəba üçün gözəl qohum, dost üçün etibarlıdır, hamıyla dil tapmağı bacaran, işinə professional yanaşan, ailəsini klassik ruhda tərbiyə edən bir adamdır”.
“Bir şəklin tarixçəsi”rubrikasının budəfəki təqdimatında Səlim Müslümovun da fikirləri maraqlı olardı… Amma sabiq nazirlə əlaqə yaratmaq, danışmaq cəhdlərimiz alınmadı…
Prezident İlham Əliyev 2018-ci il aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

Yeni hökumətdə bəzi köhnə nazirlər təmsil olunmayıb. Yeni hökumətdə yer almayanlar arasında əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırılan Səlim Müslümovla kənd təsərrüfatı nazirivəzifəsindən çıxarılan Heydər Əsədovda oldu…

modern.az

Related Articles

050-295-94-79
top