İŞDƏN ÇIXARILAN NAZİRİN LONDONDAKI BAHALI AVTOMOBİLİ VƏ MÜLKLƏRİ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 65
    Shares
Keçmiş nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər. Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb.
Görüntülərdən görmək mümkün olur ki, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var.
Bu xəbər KİV-lərdə yayımlandıqdan sonra Heydər Əsədov narahat olmağa başladı. Və bu məsələdən xəbər tutan ölkə başçısı İlham Əliyev dərhal Heydər Əsədovu istefaya göndərdi.
Onu da qeyd edək ki, ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.

Related Articles

050-295-94-79
top