AZAD RƏHİMOVUN OĞLUNUN ŞİRKƏTİ BAYRAĞIMIZIN RƏNGİNİ SƏHV SALDI – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares

Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək. Təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.

BiG.AZ xəbər veri rki, məsələ ilə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Unikal.org-a açıqlamasında bunun texniki səhv olduğunui deyib:

“Bu barədə xəbərimiz var. İndi onu düzəldirlər. Sadəcə texniki səhv olub. Bayraq tribunanın üzərinə vurulanda bilməyiblər hansı tərəfə baxsınlar. Bilməyiblər ki, bayraq Bulvar tərəfə, yoxsa trasa baxmalıdır. Texniki bir səhv idi”.

Nəzərinizə çatdıraq ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.

Related Articles

050-295-94-79
top