AZƏRBAYCANLI DEPUTATIN MAŞINI TÜRKİYƏDƏ SAXLANILDI – ÖLKƏYƏ İCAZƏSİZ DAXİL OLUB +VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 11
    Shares
Bu gün İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb.
“Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb.
Beşiktaş İskele adlı məkanda aparılan araşdırmadaAzərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir.
Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur.
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Related Articles

050-295-94-79
top