XALQ ARTİSTİNDƏN İLGİNC AÇIQLAMALAR – “QARABAĞ MUĞAM MƏKTƏBİ YOXDUR VƏ OLMAYIB”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
“Qarabağ muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır”.

Bu sensassion açıqlamanı “Ölkə.Az”a müsahibəsində xalq artisti Ağadadaş Ağayev səsləndirib. Müğənni bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

“Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb”.

Xalq artisti bildirib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:

“Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər”.

Qeyd edək ki, Ağadadaş Ağayevin bu və digər məsələlərlə bağlı geniş müsahibəsi sabah saytımızda dərc ediləcək.

Related Articles

050-295-94-79
top