AZƏRBAYCAN XALQINI TƏHQİR EDƏN BAKI METROSUNUN ƏMƏKDAŞI BU MƏMURUN QIZI İMİŞ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 65
    Shares

“Kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı” deyən rusdilli Bakı Metropoliteni şöbə rəisi Lala Babayeva Bakı Metropoliteni rəis müavini Zaur Babayevin qızı imiş.
Bu barədə özünün “facebook” hesabında gənc fəal Bəxtiyar Hacıyev yazıb. Qalmaqallı sözlər sərf edən xanımın atasını tənqid edən Hacıyev qeyd edib ki, atalarınız öz mal qohum-əqrabalarını ora vəzifəyə düzəltməyib, kəndçilərin, rayonluların büdcəsini mənimsəməsəydi, siz də Altes Plazada penthausda, sayını itirdiyiniz bağ evlərində oturub, kənddən, rayondan Bakıya iş dalınca gəlmiş, metroda rahat getmək istəyən adamları aşağılamazdınız.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin əməkdaşı Azərbaycan xalqını təhqir edib.

Qurum rəsmisi metrodan istifadən azərbaycanlı sərnişinləri təhqir edib. Belə ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olduğu iddia edilən Lalə Babayeva sosial şəbəkədə rayonlardan Bakıya gələn Azərbaycan vətəndaşlarını sərt şəkildə tənqid edib.

O, sərnişinləri kəndlərdən gələn adlandıraraq təhqir edib.

mənbə: goldnews.az

Related Articles

050-295-94-79
top