“ASAN XİDMƏT”DƏN ÇIXIB NAZİRLİKDƏ İŞƏ DÜZƏLƏN ANAR HÜSEYNOV DANIŞDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mətbuatda “ASAN xidmət”in rəsmisi Anar Hüseynovun Kənd Təsərrüfatı Nazirliyinə keçdiyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Anar Hüseynov BiG.AZ-a danışıb.Anar Hüseynov haqqında yayılan xəbəri təsdiqləyib və bildirib ki, artıq fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyində davam etdirəcək:

“Nazirliyin mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərəcəyəm. Dəyişən heç nə yoxdur. Yenə də jurnalistlərlə sıx əməkdaşlığımı davam etdirəcəyəm”.

Qeyd edək ki, Anar Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri vəzifəsini icra edirdi.

Related Articles

050-295-94-79
top