ƏMƏKDAR ARTİST SÜNİ MAYALANMA İLƏ ANA OLACAQ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 29
    Shares

Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir.

Oxu.Az xəbər verir ki, aktrisa bu haqda “Bizimləsən” proqramında deyib.

Verilişin aparıcısı Zaur Baxşəliyev bildirib ki, Xanlarova bunun üçün onların verilişinə müraciət edib:

“Studiyamıza gəlişinin səbəbi həkimdən yardım istəməkdir. Deyir, ana olmaq, uşaq dünyaya gətirmək istəyir”.

Xanlarova isə qərarının səbəbini belə izah edib:

“Özümdə bu fikri topladım və həkimə dedim. Əgər lazım olsa, başqa bir ölkəyə də gedəcəm. Qadın tanıyıram ki, 56 yaşında ana olub. Bu, mənim şəxsi işimdir. Ana olaram və ya olmaram, ərə gedərəm və ya getmərəm, şəxsi işimdir”.

Aktrisa proqram zamanı ona ünvanlanan suala cavab verərək süni mayalanma ilə övlad dünyaya gətirəcəyini deyib.

Xatırladaq ki, Əməkdar artist bacısı qızını övladlığa götürüb. Onun nəvələri də var.

Related Articles

050-295-94-79
top