“QUSKA” KÜRDAXANI TƏCRİDXANASINA APARILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

AYDINLIQ.AZ lent.az-a istinadən xəbər verir ki, bu barədə Trend-ə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib.Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.

Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.

Related Articles

050-295-94-79
top