EKS AZƏRBAYCANLI MƏMURUN TOY EDƏCƏYİ OTELDƏ BİR MASANIN QİYMƏTİ NEÇƏYƏDİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 12
    Shares

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.

Yerli mətbuatda yer alan məlumatlara görə, vəzifədən gedən Nazim İbrahimov bu səbəbdən ötən ilin dekabrında nişanladığı qızı Kəmalə İbrahimovanın toyunu təxirə salıb.

Toyun keçiriləcəyi məkan olaraq isə “Alov qüllələri”ndəki “Fairmont” otellə razılıq əldə olunub, hətta dəvətnamələri də paylanılıb.

Sonxeber.az olaraq “Alov qüllələri”ndəki “Fairmont” oteldə qiymətlərlə maraqlandıq.

Sözügedən məkandan əldə etdiyimiz məlumata görə, “Fairmont” oteldə masanın qiyməti 160 dollar, alkoloqollu içkilər də daxil olmaqla 190 manatdan başlayır. Məkan 500-600 nəfər üçün nəzərdə tutulub.

Related Articles

050-295-94-79
top