SEÇKİLƏRƏ MÜDAXİLƏYƏ GÖRƏ ARAZ VƏ EMİN AĞALAROVLAR MƏHKƏMƏYƏ VERİLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 43
    Shares

ABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş przident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə verib.

BİG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, demokratların Milli komitəsi cavabdehlərdən milyonlarla dollarlıq təzminat tələb edir.

Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.“2016-cı il prezident seçkiləri kampaniyası zamanı Rusiya bizim demokratiyamıza misli görünməmiş hücum həyata keçirib və bu zaman Donald Trampın seçki qərargahının qismində könüllü, fəal partnyor tapıb”-demokratların Milli komitəsinin rəhbəri Tom Peres bildirib.

“Bu, misli görünməmiş satqınlıq aktı idi: Birləşmiş Ştatlar prezidentliyinə namizədin seçki qərargahı prezident seçkilərində şansını artırmaq üçün düşmən xarici ölkə ilə əlbir olub”-o əlavə edib.

Lakin xarici dövləti məhkəməyə vermək demokratlar üçün hüquqi problemlər yarada bilər. Çünki digər ölkələr ABŞ-da məhkəmə çəkişmələrindən immunitetə malikdir. İddia ərizəsində isə göstərilir ki, Rusiya belə immunitetə malik ola bilməz, çünki kompüter şəbəkəsinə müdaxilə partiyanın özəl mülkiyyətinə qəsddir. Habelə Rusiya bu kibermüdaxilə ilə onların məxfi məlumatlarını ələ keçirib ki, nəticədə casusluq əməli baş verib.

Related Articles

050-295-94-79
top