“HƏQİQƏTİ BİLSƏNİZ, HƏYATA NİFRƏT EDƏRSİNİNZ” – KÖNÜL TƏRANƏ QUMRAL HAQDA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal daha da böyüyüb.

K.Kərimovanın “5/5” verilişində Təranəni görərkən verilişi tərk etməsi müzakirə edilib.

Xanım ifaçı bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib:

“Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:

“Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.

Related Articles

050-295-94-79
top