APARICI ŞƏBNƏMİN YALANINI ÜZƏ ÇIXARDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Aparıcı Zaur Kamal “5/5” proqramına qonaq olan Şəbnəm Əsədovanın (Tovuzlu) yalanını açıb.

AYDINLIQ.AZ-ın Axşam.az-a istinadən məlumatına görə, aparıcı əvvəlcə Şəbnəmin 31 yaşı olduğunu dediyi videosunu nümayiş etdirib. Daha sonra isə ondan neçənci ildə dünyaya gəldiyini soruşub. Ş.Əsədova 1984-cü ildə doğulduğunu, amma riyaziyyatı yaxşı bilmədiyi üçün yaşını səhv dediyini söyləyib.

Z.Kamal daha sonra müğənnini şəxsiyyət vəsiqəsini efirdə nümayiş etdirib və onun 1983-cü ildə doğulduğunu bildirib.

Şəbnəm “Yaş yarımımda anam rəhmətə gedib. Soyadım başqa olub. Anam tovuzludur. Xalam və yoldaşı övladı olmadığı üçün məni saxlayıb. Xalamgil mənə öz soyadlarını vermək üçün başqa vəsiqə çıxarıblar və 1983-cü il yazıblar. Amma mən 1984-cü ildə doğulmuşam” cavabını verib.

Related Articles

050-295-94-79
top