POLKOVNİK ZAKİR FƏRƏCOVUN GÖSTƏRİŞİNƏ ƏMƏL ETMİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Biz Sumqayıt sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmüşük”.

Bu sözləri adıçəkilən sahibkarlar AzEuroNews.com-a göndərdikləri məktubda qeyd ediblər.

►  5 ildir süründürürlər

Onların sözlərinə görə, 325 min manat miqdarında zərərin dəyməsi məhkəmə tərəfindən təsdiqlənib:

“Bu, zərəri ödəməli olan tərəf – “Karvan”ın rəhbəri tərəfindən də təsdiqlənib. Amcaq bizə dəyən zərəri 5 ildir ödəmək istəmir”.

Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində o zaman cinayət işi başlanıb..

O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib-red) bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ödəniş sahibkarlar arasında bölünəcək.

“Bizə – Şiralı Əsgərova (170 min), Füzuli Quliyevə (55 min), Dilavər Abdullayevaya (100 min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.

Amma  hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa  da, indi kimlərəsə arxalanaraq  gah sığortanı, gah başqa şeyləri bəhanə gətirərək, bizə dəyən ziyanı ödəmək istəmir”-deyə şikayətçilər bildirib.

►  İnqilab Nəsirovun əcaib qərarı

Məktubda deyilir: “İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.

20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın.

Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər.

Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının  qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi.

6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?

Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da  kassasiya şikayətini  “qismən” təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox, gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib, demək olar ki, azadlığa buraxıb.Halbuki məhkum heç bunu xahiş  edib istəməyib”.

“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalamışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi”,_deyə sakinlər gileylənir.

► İcra başçısı dinlədi və…

Şikayətçilər deyirlər ki, 2016-cı il, dekabrın axırında Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük: “O dedi ki, göstəriş verəcək bizə dəyən ziyan ödəsinlər.

2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi.

Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

 

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə  Zakir Qaralov  şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki, aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın.

İcra başçısı bizi sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində  qəbul etdi. Görüşdə Zakir Fərəcov insafən,  bizim üçümüzü də diqqətlə dinlədi, problemimizə həssaslıqla yanaşdı və bildirdi ki, üstündən 5 il keçsə də məsələ həllini tapmalıdır.

Yazılı şəkildə  müavini Fəzail  Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

Bu il aprelin 14 -ü icra hakimiyyətinə gəldik ,lakin bizə dedilər ki, icra başçısının müavini  Fəzail  Hüseynov  səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək”.

► DYP polkovniki işin arxasında

Məktubda bildirilir ki, ayın 16-sı yenidən icra hakimiyyətinə gəldik: “Lakin səhər tezdən  icra hakimiyyətinin binasının qarşısında saatlarla-6-7 saat  gözləsək də bizi içəri buraxmadılar, məsul şəxslə görüşdürmədilər.

Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və Fəzail Hüseynov bizi qəbul etdi.

Onu da qeyd edək ki, Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov bizi güc-bəla ilə də olsa qəbula salmaqla öz işini bitmiş hesab edir.

Amma Fəzail Hüseynovla görüşsək də, sonradan qarşı tərəf -”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də, bu barədə məsləhətləşdiyini, fikirləşdiyini  desə də, sonradan ödəməkdən boyun qaçırdı. Hörmətli Zakir Fərəcovun yazılı göstərişi  yerinə yetirilməmiş, havada  qaldı.

Əldə etdiyimiz məlumata görə  bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən  polkovnik-leytenant  Mübariz Əhədov süni əngəl törədir, zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir, pulu ödəməmək üçün mane törədir.

Kamil Əhədov rəsmi  direktor olsa da “Karvan”ın idarəçiliyinə tam  və əsas Mübariz Əhədov rəhbərlik edir, yer pulların, icarə haqlarının  yığılmasına, ticarət mərkəzində yer bölgüsünə  o nəzarət edir. Bizə kömək edin”.

Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

Dilavər Abdullayeva–(050) 560 30 74/AzEuroNews.com

Related Articles

050-295-94-79
top