ELMAN RÜSTƏMOV BANKLARI ÇƏTİN DURUMA SALIR – İDDİA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 17
    Shares

Azərbaycan bankları əllərində olan pulu kreditə verməkdə çətinlik çəkirlər. Mərkəzi Bankda keçirilən depozit hərracları da bunu təsdiq edir. Banklar əhalidən cəlb etdikləri əmanətlər üzrə faizləri endiriblər. Çünki kreditlərə tələb azalıb, banklarda izafi vəsaitlər yüksək məbləğlərdədir. Banklar isə əhalidən cəlb etdikləri vəsaitləri kredit şəkilində yerləşdirməkdə çətinlik çəkirlər.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ümumi məsələ ondan ibarətdir ki, banklar problem içində idi, yəni yüksək pulları yox idi: “Ona görə də əmanət faizlərini yüksəltdilər ki, əhali əmanətləri çıxarmasın. Sadəcə cəlb etdikləri pulların hamısını kredit kimi verə bilmirdilər. İlk növbədə ona görə ki, ödəniş qabiliyyətli borc alanların sayı indi məhduddur. Banklar indi kredit verməyə risk etmir. Yüksək faizlə isə kredit götürmək imkanları yoxdur. Digər tərəfdən bankların Azərbaycanda iki əsas mənbəyi, daha doğrusu maliyyələşməsi var. Bu əsasən əmanətlərdir və Mərkəzi Bankın kreditləridir. Mərkəzi Bank son iki ay ərzində öz uçot dərəcəsini 15 faizə salıb (əvvəl 13, sonra da 11 faizə salıb). Təbii ki, belə şəraitdə banklar yüksək əmanət cəlb etməkdə çətinlik çəkirlər”.

Ekspert qeyd edib ki, əvvəl Mərkəzi Bank krediti 15 faizlə təklif edirdi və buna görə əhalidən 10, 11 faiz tələb olunurdu: “ İndi isə Mərkəzi Bank banklara 11 faizlə əmanət verəcəksə, onlar yüksək faizlə əmanət qəbul edə bilməyəcək. Əsas səbəb budur ki, götürdükləri pulu qazana bimirdilər və yüksək faizləri də ödəyə bilmirdilər. Ümumiyyətlə, faizlərin aşağı düşməsi normal haldır. Kreditlər üzrə faizlər düşmür. Ona görə ki, banklar bir qədər acgözlük edirlər. Çox qazanmaq istəyirlər. Amma başqalarına az qazandırırlar. Ola bilər ki, bu mənada sonra kredit faizləri nisbətən aşağı düşsün. Bankların bütün cəlbedici əmanətləri yüksək faizlədir və onların da müddəti hələ bitməyib. Yəni banklar o yüksək faizləri ödəməlidirlər. Bunlar hazırda əmanət faizlərini cəlb etsinlər ki, ucuzluq var idi. Ucuz krediti də verə bilmirlər. Bunu hələlik başa düşmək olar. 6 aydan sonra bunlar yenə də kredit faizlərini saya almasalar, əlbəttə ki, bu ədaləti deyil. Amma hələlik onları başa düşmək olar…

Əmanət faizlərinin azaldılmasının vətəndaşlara zərərinə gəlincə, ekspert qeyd edib ki, bunun əmanətçilərə təsiri qaçılmazdır: “Bir sözlə, birmənalı şəkildə əmanətlərə marağı azaldacaq. Çünki əmanətləri o məqsədlə saxlayırdılar ki, çox pul qazansınlar”.

TİA.AZ

Related Articles

050-295-94-79
top