EKS QUDASINDAN BAŞ LİFTÇİ QÜDRƏT ŞÜKÜROVA İTTİHAMLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rəfael Əsgərov: “O, korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir”; Çərçivə: “Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik”

Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkənin arasındakı davaya dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Artıq iş üzrə məhkəməyə hazırlıq iclası keçirilib, aprelin 19-da növbəti proses baş tutacaq.  Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin atası Rəfael Əsgərov “Yeni Müsavat”a açıalama verərək bildirib ki, Qüdrət Şükürov korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir: “Cənab prezident İlham Əliyev cızığından çıxan yüksək mənsəb sahibi olan məmur övladlarının, onların qohum əqrabalarının cəzalandırılmasını tapşırır. Ancaq Qüdrət Şükürovun, dövlət büdcəsini yeyib dağıdan birinin, “Moskva OTİS” lift idarəsinin erməni müdiri ilə əlbir olub, Azərbaycan lift idarəsinə ayrılan pulları mənimsəyən biri bizə meydan oxuyur. Azərbaycanda köhnə binalarda liftlərin acınacaqlı durumu göz qabağındadır. Bunu hamı görür. Digər tərəfdən də Qüdrət Şükürovun dəbdəbəli həyatına baxın. Həmin binalardakı liftlərin o durumda olmasının səbəbkarı Qüdrət Şükürovdur. Bu məmur o qədər özünə arxayındır ki, 3 dəfə oğlumu döydürüb, indi də oğlumu şərləyib məhkəmə qarşısına çıxartdırıb. Onun böyük qardaşı var, ötən il mənimlə görüşdü. İstəyirdim ki, oğlumdan əl çəksinlər. Dedi ki, sənin şikayətlərindən sonra Qüdrətdən 10 milyon pul alıblar. Biz səndə o qisası qoymayacağıq. Oğlunu türməyə göndərəcəyik. Orada da başını əkəcəyik. Yəni oğlunu öldurtdürəcəyik”.

Rəfael Əsgərov deyir ki, oğlu ilə Qüdrət Şükürovun qızının ayrılmısının səbəbkarı qarşı tərəfdir: “Oğlum onun qızı ilə 4 il evli olub. Oğlum  universiteti bitirəndən sonra hərbi xidmətdə idi. Onun xidmətdə olduğu dövrdə münasibətləri pozuldu. Sonradan bunun səbəbini də bildik. Oğlum xidmətdən icazə alıb gecə yarısı evə gəlmişdi. Həmin vaxt həyat yoldaşının içkili halda taksidən düşdüyünü görmüşdü. Bundan sonra aralarında söz-söhbət olmuşdu, oğlumu polisə vermişdilər. Guya oğlum yoldaşını vurub, burnunu sındırıb. Araşdırdılar, məlum oldu ki, onun burnu sındırılmayıb, həmin mübahisədən 1 həftə əvvəl Türkiyədə burnunu plastik əməliyyat etdirib. Yəni boşanmada oğlumun günahı yoxdur. Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik. Hara gediriksə, pulla şikayətimizi özümüzə qarşı çevirir. Bu adam harınlayıb. Gedib özümü Bakı Şəhər Prokurorluğunun qarşısında yandıracağam. Ora gedirəm, sanki məni yola verirlər. Şikayətlərimi araşdırmırlar. Mən Yeni Azərbaycan Partiyasının ilk yüzlükdə olan üzvlərindənəm. Mən bilirəm ki, oğluma qarşı törədilən və bu cinayətin ört-basdır olunmasından, oğlumun qondarma ittihamla məhkəmə qarşısına çıxarılmasından dövlət başçısının xəbəri yoxdur. Dövlət başçısı hər çıxışında xüsusi vurğulayır ki, dövlət məmuru özünü elə aparmalıdır ki, başqalarına nümunə olsun. Qüdrət Şükürovdan nə nümunə götürmək olar? O, deyir ki, qısas alacaq. Axı mənim cavan, perspektivli, ali təhsilli oğlum yalançı ittihamlarla niyə həbs olunmalıdır. Hadisə baş verən ərazidə 3 kamera var. Dəfələrlə vəsatət veririk ki, həmin kameraların yaddaşını çıxarın baxaq görək kim kimə xəsarət yetirib? Kameraların yaddaşını ortaya çıxarmırlar. Gizlədirlər. Əgər mənim oğlum onun yeni kürəkənini döysəydi, həmin videolar çoxdan ortalıqda idi. Bu qədər saxtakarlıq, qanunsuzluq olmaz. Baş prokuror Zakir Qaralovdan dönə-dönə xahiş edirik, məsələni nəzarətə götürsün. Qüdrət Şükürov büdcədən taladığı çirkin pullarla hamını susdura bilir. Bütün ittihamları bizə qarşı yönəldirlər. Mənə hədə-qorxu gəlirlər, deyirlər səni də, oğlunu da aradan götürdəcəm. Səni böhtançı kimi həbs etdirəcəyik. Hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərəm ki, məni qəbul etsinlər, mən onun Azərbaycandakı, Türkiyədəki bütün obyektlərinin yerini aparıb göstərim. Bu dövlət məmuru nə qədər maaş alır ki, bir belə mal-mülk yığıb? İndi də bir Azərbaycan vətəndaşının həbsinə nail olur? Mənim oğlumu 3 dəfə döyüblər. 2-ci dəfə oğlumu “Bizim ev” kafesində döyüblər. Bunun şahidləri də var. İş üzrə oğlumu ekspertizadan da keçiriblər. Nəsimi rayon Məhkəmə Tibb Ekspertizasının rəyi var ki, oğlum az ağır xəsarətlər  alıb. Elşəni 6 nəfər elə döymüşdülər ki, 3 gün oğlum şokdan ayılmadı. Bu işi bir kənara qoyublar, Qüdrət Şükürovun indiki kürəkəni haqda cinayət işi başlamaqdan yayınırlar”.

R.Əsgərli deyir ki, Qüdrət Şükürovun cəmi 510 manat maaş alması müqabilində, Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var: “Mən cənab prezidentin ədalətinə inanıram. Bu məmur büdcəni talamaqda davam edir. Hər gün Bakı Lift İdarəsində dövlətin pulunu yeyirlər. Bakı Lift İdarəsi dövlət büdcəsindən  bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada “Moskva OTİS” rəhbəri Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. O, liftlərin qiymətini baha qiymətə rəsmiləşdirsə də, əslində ucuz qiymətə keyfiyyətsiz liftlər sifariş edir. Bir liftin qiyməti 10 min manatdırsa, 5 dəfə, bəzən 10 dəfə şişirtmə ilə rəsmiləşdirib Bakıya gətirirlər. Dövlət hesabından milyonlarla pul lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan “otkat” alır. Bir dəfə mənimlə Moskvaya getmişdi. Ona orada 1 dəfəyə 337 min dollar pul atdılar. Qüdrət Şükürov “otkat” almağa getdi. Həmin Markaryanın köməkçisi ona 337 min dollar “otkat”ı verdi. Həmin pulu Elnur adlı birinə vermişdi ki, ofşor şirkət vasitəsi ilə hesabına keçirsin. Elnur dedi ki, pullar ofşor şirkətdə it-bata düşüb. Deməyim odur ki, dövlətin pulunu bu adam belə ələ keçirirdi. Mən özüm onun “Azəriqazbank”in filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. Hər dəfə 1 milyon, 800 min dollar “otkat” alırdı. İndi də həmin pullardan xərcləyib bizim başımıza oyun açdırır. Cənab prezidentin ayırdığı pulları belə mənimsəyirdi. O, liftlər üçün dövlətdən pul alırdı, pulları nağdlaşdırıb ələ keçirir, yalandan statistik rəqəmlər hazırlayıb ölkə rəhbərliyini aldadır”.

Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüququ mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, Elşən Əsgərli və 2 dostuna Cinayət Məcələsinin 221-ci  – xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

musavat.com

Related Articles

050-295-94-79
top