BU VƏZİFƏLİ ŞƏXSLƏR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNACAQ – LAYİHƏ PARLAMENTDƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
Azərbaycanda işsizlikdən sığortanı və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradacaq.
Bununla bağlı Cinayət Məcəlləsinə əlavələr təklif olunur. Layihəyə əsasən, 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”.
Eyni ifadələr maddənin birinci bəndində də daxil edilir və mövcud cəzalar buna da şamil edilir.
Qeyd edək ki, maddədə qeyd edilən bəndinin məsuliyyəti belədir: Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihə Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA

Related Articles

050-295-94-79
top