AZƏRİN PAYLAŞIMINA VÜSALƏDƏN SİLLƏ KİMİ CAVAB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovun onunla barışması xəbərlərinə üstüörtülü şəkildə cavab verib.Azərin Vüsalə ilə bağlı tez-tez paylaşım etmələri onların barışması iddialarına səbəb olmuşdu. Vüsalə isə məlumatın doğru olmadığını bu şəkildə bildirib:

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”.

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

BiG.AZ

Related Articles

050-295-94-79
top