DIRNAQ BOYALARI HAQDA – İLGİNC FAKTLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

Qadınların gözəllik naminə istifadə etdikləri məhsulların başında dırnaq boyaları gəlir. Lakin dırnaq boyaları düşünüldüyü qədər zərərsiz deyil.

AYDINLIQ.AZ medicina.az-a istinadən məlumatına görə, araşdırmaçılar qadınların gözəllik parçası olan dırnaq boyalarının bu vaxta kimi məlum olmayan xüsusiyyətini ortaya çıxarıb.

Amerikalı mütəxəssislərin apardığı son araşdırmalara görə, dırnaq boyası insan sağlamlığı üçün təhlükəlidir.

 

ABŞ-ın Duke Universitetinin mütəxəssisləri dırnaq boyaları üzərində təcrübələr aparıblar. 3 min dırnaq boyası araşdırılıb. Nəticədə dırnaq boyasının tərkibində trifenil fosfat maddəsi aşkar edilib. Könüllü iştirak edən 24 qadın ilə sınaq aparılıb. 10 saatdan sonra isə iştirakçıların 100 faizinin orqanizmində trifenil fosfat izləri müşahidə edilib. Bu maddə insan bədənindəki hormonları zədələyərək endokrin sisteminin pozulmasına yol açır. Dırnaq boyası çəkdikdən sonra dırnaq yolu ilə qana qarışan bu maddə hormon sistemini pozur. Bu da maddələr mübadiləsini yavaşıdır.

Nəticələrə əsasən, dırnaq boyasının orqanizmə mənfi təsirlərini təqdim edirik:

 

– Dərini zədələyir, allergiya yarada bilər.

 

– Endokrin sisteminə zərər verərək vücudda toksinlərin toplanmasına səbəb olur.

 

– Vücudda bəzi infeksiyaların yaranmasına səbəb olur.

 

– Orqanizmi kimyəvi maddələrlə zəhərləyir.

 

Həmçinin dırnaq boyasını silmək üçün istifadə edilən asetonların da tərkibində taluen adlı kimyəvi maddə aşkar edilib. Bu isə insan sağlamlığına zərər verir.

Related Articles

050-295-94-79
top