71 YAŞLI ASTAN ŞAHVERDİYEV OTELDƏ “VİAQRA” İÇİB ÖLÜB? – RƏSMİ AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 78
    Shares

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişib.

Məsələ ilə bağlı Qusar rayon prokurorluğundan verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən “Chateau” oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.BiG.AZ xəbər verir ki, hadisənin istintaqını aparan müstəntiq unikal.org-a açıqlamasında vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır: “Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasını dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.

Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir”.

Related Articles

050-295-94-79
top