QARĞALAR ÖLÜLƏRİNİ BELƏ “DƏFN” EDİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

Məşhur “Science” elmi portalında yazılanlara əsasən, elm adamları gündəlik həyatımızın bir parçası olan qarğalarla bağlı fərqli araşdırma aparıblar. Diqqət edin, bir qarğa öldükdən sonra nələr olur?

Moderator.az xəbər verir ki, ala qarga öz növündən olan başqa qarğanın ölüsünü gördükdə, yemək axtarmağı dayandırır və başqalarını səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar.

Tədqiqatçılar rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxararaq quşları çağırdığını qeyd edirlər. Bir qarğa yerdə başqa qarğa ölüsü görürsə, o, çaşqınlıq və həyəcan siqnalları verir.

Anekdotal hesabatlarında bəzən cəsədin üstünü budaqlar və yarpaqlarla örtməyə çalışdıqları göstərilir. Sonra susub səssizcə ölü quşa yas tuturmuş kimi tamaşa edirlər.

Qarğalar həmçinin ən böyük düşmənini, bayquşları görəndə quşları xəbərdar edir. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.

Tədqiqatçı Mark Şvayger qarğaların zəkasıyla əlaqəli bunları deyib:

“Qarğalar ən çox işləməyi sevdiyim quşlardır, çünki çox ağıllıdırlar. Hətta sizdən daha ağıllı ola bilərlər. Quşlarımdan biri başımı çevirdiyim vaxt belimdəki it yemiylə dolu torbanı götürüb qaçmağı öyrənib”.

Related Articles

050-295-94-79
top