BU QOLBAQ SİZİ ÖLÜMDƏN XİLAS EDƏCƏK -YENİ İXTİRA + VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
Alabama Universitetinin mütəxəssisləri qadınları təhlükədən qoruyan “təhlükəsizlik qolbağı” icad ediblər. 
Moderator.az xəbər verir ki, cihaz əvvəlcədən müəyyən edilmiş xüsusiyyətlərinə görə daşıyıcısının narahatlıq içində olduğunu müəyyənləşdirir və avtomatik olaraq kömək çağırır. Bilərzik sensorları insan bədənini – dərisinin vəziyyətini, temperaturu və təzyiqi də müəyyən edir.
Cihaz  alqoritmi, sadə və kəskin hərəkətləri də fərqləndirməyi  bilir. Bir təhlükə aşkar edərsə, dərhal “Bluetooth” vasitəsilə smartfona qoşulur və koordinatları qeyd olunmuş bir mesajı təcili xidmətə göndərir. Bilərzik, həmçinin başqalarının diqqətini cəlb etmək və cinayətkarları qorxutmaq üçün də səslər çıxara bilir. “Təhlükəsizlik qolbağı” nı icad edən mütəxəsislər gələcəkdə onun dizaynını inkişaf etdirməyi və digər bu tip məhsullar da istehsal etməyi  planlaşdırır.
Qeyd edək ki, cihaz yalnız soyğunçulardan və xuliqanlardan qorunmaq üçün deyil, həmçinin vəziyyəti qəfildən pisləşə bilən yaşlı və ya əlil insanlar üçün də lazımlıdır.

Related Articles

050-295-94-79
top