KAFELƏRDƏ VERİLƏN “DƏVƏ QUTABI” ƏSLİNDƏ HANSI ƏTDƏN HAZIRLANIR? – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mal ətinin üzərinə şəkər tozu əlavə edilir, sonra həmin ətdən qutab hazırlanaraq ”dəvə qutabı” adı ilə vətəndaşlara satılır.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianın nə dərəcə doğru-olub olmadığını araşdırmaq üçün həm dəvə qutabı satan şəxslərin, həm də mütəxəssislərin mövqeyini öyrəndik.

Kənd Təsərrüfatı Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Azərbaycana xarici ölkələrdən diri dəvə və ya dəvə əti gətirilmir. Nazirliyin tərkibində olan Abşeron Kənd Təsərrüfatı Müəssisəsində dəvələr yetişdirilir. Lakin müəssisənin direktoru Rəhman Gülməmmədov deyir ki, burdakı dəvələr satılmır və yetişdirilməsində məqsəd genefondu qorumaqdır.

Dəvə qutabının satışı ilə məşğul şəxslər isə iddialarla razılaşmayaraq bildirir ki, hazırlanan qutab sırf dəvə ətindəndir və alıcılara 1 ədədi 1 manata təklif olunur. Onların sözlərinə görə, dəvə ətini müxtəlif şəxslərdən bir kiloqramını 16 manata alırlar.

Mütəxəssislər bildirir ki, dəvə əti mal ətinə nisbətəm şirin olur. Ancaq buna baxmyaraq hər iki ətdən hazırlanan qutabları bir-birindən fərqləndirmək çətindir.

Mütəxəssislər dəvə qutabı sifariş verərkən həmin ətin dəvə əti olub-olmadığını təsdiq edən sertifikatı tələb etməyi tövsiyə edirlər.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Articles

050-295-94-79
top