AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ PREZİDENT SEÇDİ – YAP-DAN QƏLƏBƏ AÇIQLAMASI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın xəbərinə görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: “MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. “Exit-poll”ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərək İlham Əliyevi prezident seçib”.

Related Articles

050-295-94-79
top