“BİR ÖVLADIM MƏNƏ 75 MİNƏ BAŞA GƏLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Müğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi “5/5” verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş:
“İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır.
İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir.
7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”.
Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.
///Axşam.az

Related Articles

050-295-94-79
top