YEGANƏ BOŞANMA MÖVZUSUNA SON QOYDU – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares

“Mənim boşanma mövzuma nöqtə qoyuldu. Verilişlərin birində aparıcı dedi ki, yoldaşımla üstümdə şəxsiyyət vəsiqəsi gəzdirirəm. Mən də ona cavab olaraq dedim ki, sən yaxşısan, amma mən həyat yoldaşımla birgə üstümüzdə nikah şəhadətnaməsi gəzdirirəm. Hara edirəm, deyirəm ki, salamatıq, hələ boşanmamışıq. Ayıbdır, artıq söz tapa bilmirəm, susuram, gülürəm. Güləndə də deyirlər ki, doğurdan da boşanıb”.

BiG.AZ-ın məlumatına görə, bu sözləri müğənni Yeganə Akbudak (Mürsəlova ) “APA TV”-nin “Show time” verilişində deyib.

Sənətçi bildirib ki, boşanması haqda yayılan xəbərlərə son qoymaq üçün türkiyəli həyat yoldaşı Fatihlə birlikdə verilişə qonaq olublar:

“Bunun başqa yolu yoxdu? Necə edək ki, boşandığımızı iddia etməsinlər. Başa düşə bilmirəm ki, mənim ailə məsələm bu insanlara niyə belə önəmlidir? Ailə müqəddəsdi, amma evdə. Efirdə şəxsi həyatımı müzakirə edirlər, bu da düzgün deyil”.

Yeganə boşanma mövzusuna həyat yoldaşının da əsəbiləşdiyini deyib:

“O əvvəllər çox əsəbiləşirdi. Hətta efir gedə-gedə mənə yazırdı ki, o canlı efiri yarımçıq burax, evə qayıt. Deyirdim ki, məni neçə-neçə insanlar izləyir, onların nə günahı var? İndi o da susur, mən də. Deyir ki, bizim boşanmaq xəbərimizi deyə-deyə qocalacaqlar”.

Related Articles

050-295-94-79
top