“EFİRDƏ YALAN DANIŞMAĞI İLHAMƏ QULİYEVA DƏBƏ SALDI”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Kamran Həsənli aparıcısı olduğu “Onda başladıq” verilişində mərhum xalq artisti İlhamə Quliyevayla bağlı sərt fikirlər səsləndirib.

“Ölkə.Az”ın məlumatına görə, o, efirdə yalan danışmağı İ.Quliyevanın dəb saldığını bildirib:

“Canlı efirdə yalan danışmağa ilk dəfə İlhamə xanım başladı. Ay nə bilim YUNESKO, ay nə bilim İsveçrədə kraliça söhbətləri yalan idi. Bir dəfə proqramımda dedi ki, Bolqarıstanda filan müsabiqəyə münsif kimi dəvət edilmişəm. Dedim ki, İlhamə xanım, o müsabiqə 70-ci illərdə keçirilib, indi keçirilmir. Biz danışmadıq, susduq və efirdə yalan danışmaq trendə çevrildi”.

Qeyd edək ki, “Space” telekanalında həftə içi 10-da başlayan “Onda başladıq” verilişinin informasiya dəstəkçisi “Ölkə.Az” saytıdır.

Related Articles

050-295-94-79
top