DOLLAR SÜRƏTLƏ BAHALAŞIR – YAXIN VAXTDA MANATA TƏSİRİ OLACAQMI?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 24
    Shares

Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur.

Dünyada baş verən iqtisadi proseslər Azərbaycan manatına təsir edəcəkmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, qlobal valyuta bazarlarında ABŞ dolları ilə bağlı dəyişikliklərin birbaşa Azərbaycana təsiri yoxdur:

“Faktiki olaraq dünya bazarlarında, qlobal konyuktorda nəyin baş verməsində asılı olamayaraq, təxminən 1 il ərzidə Azərbaycan manatının məzənnəsində hər hansı bir dəyişiklik hiss olunmayıb. Neftin qiyməti ilə bağlı ötən ilin yayında yüksəlmə və enmələr baş verdi. ABŞ dolları dünya bazarlarında dəyərini ötən il 13% itirdi. Bir neçə həftə əvvəl FED-in uçot dərəcəsini artırdı. Lakin qlobal valyuta bazarlarnda baş verən bu dəyişiklik Azərbaycan bazarlarına təsir etmədi. Valyuta bazarlarında hər hansı bir təlatümün müşahidə olunmamasının əsas səbəbi neftlə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidlə bağlı 2017-ci ildə açıqlama yayıb. Strateji Yol Xəritəsinin tələblərindən biri olub ki, 2017-ci ildə üzən valyuta sisteminə keçid prosesi tamamlanmalıdır. Oktaybr ayında Mərkəzi Bankın rəsmiləri tərəfində açıqlama verildi ki, bu proses tamamlanıb. Faktiki olaraq bu gün Azərbaycanda üzən məzənnə rejimindən danışa bilmərik. Çünki bazarda baş verən heç bir dəyişikliklər bizim bazara təsir etmir.

 

Bir neçə gün bundan əvvəl ölkədaxili bazarda baş verənləri nəzərə almaq lazımdır. Artıq bəzi banklar ABŞ dollarının rəsmi məzənnəsini Mərkəzi Bankın təyin etdiyi satış məzənnəsindən yuxarı müəyyən edib. Bu banklar hərraclarda aşağı qiymətdə valyuta almaq imkanları olduğu halda, bu gün onların hərraclardan yox, vətəndaşlardan baha qiymətə valyuta aldığını müşahidə edirik. Deməli, hərraclarda valyutanın təşkili tələbi ödəmir. Təklif tələbi ödəmədiyi halda məzənnənin 1.70-da saxlanması faktiki olaraq bazar prinsiplərinə uyğun deyil. Həqiqətən hərrac keçirilirsə və bazar şərtləri daxilində məzənnə formalaşırsa, bu zaman məzənnə daha yüksək olmalı idi.

Bu gün Azərbaycanda xarici faktorların manata təsiri minimum dərəcədədir. Düşünürəm ki, yaxın dövr ərzində bənzər siyasət həyata keçiriləcək. Ehtimallardan biri ondan ibarətdir ki, seçkidən sonra ölkədə müəyyən ciddi dəyişikliklər baş versin, Mərkəzi Bank üzən məzənnə siyasətinə həqiqətən keçid etsin. Belə olarsa, daxili və xarici faktorların bazarda yarada biləcəyi situasiyadan danışa bilərik”.

 

İqtisadçı-ekspert Cəfər İbrahimli açıqlanmasında qeyd edib ki, manatın məzənnəsi dünyada baş verən proseslərə birbaşa cavab vermir:

“Səbəbi odur ki, Azərbaycanda vəziyyət bir az fərqlidir. Azərbaycan valyutası daxili bazarda Mərkəzi Bank, Neft Fondunun satışları və bazarın tələblərinə uyğun formalaşır. Digər ölkələrdəki dəyişilik, FED-in faiz dərəcəsi, dolların məzənnəsinin dəyişməsi, ümumilikdə alınan qərarlar nəticəsində qiymətlər dəyişməyə başlayır. Bizdə manatın dəyəri Azərbaycan bazarı ilə müəyyənləşdiyi üçün bazarlarda baş verən proseslər birbaşa manata təsir göstərmir. Bazarlarda baş verən hadisələrin birbaşa manat üzərinə təsirini gözləmirik. Bugünkü situasiyada ölkələrdə dolların bahalaşması baş verib. Hazırda Mərkəzi Bank və Neft Fondu bazarın tələbinə uyğun kifayət qədər valyuta satır. Bu gün Azərbayan bazarında manat və dolların qiymətini tələb və təklif müəyyənləşdirir. Bu tələbi qarşılayacaq qədər valyuta satışı bu fondlar tərəfindən həyata keçirilir. Hətta bankların əlində də kifayət qədər yığılmış valyuta var. Bu mənada, dünyada baş verən hadisələrin qısa müddətdə manat-dollar məzənnəsinə açıq şəkildə təsir edəcəyini gözləmirik”.

Related Articles

050-295-94-79
top