“AZSIĞORTA”DA NƏ BAŞ VERİR? – BİR İLDƏ 3 MİLYONLUQ ZƏRƏR, GERİLƏNƏN HESABAT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“AzSığorta” 2017-ci ilin maliyyə hesabatını açıqlayıb.

 

AZXEBER.COM şirkətin hesabatına istinadən xəbər verir ki, ASC 2017-ci ili 3,064 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2016-cı ili 2 milyon 299 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Ötən il “AzSığorta”nın cəmi gəlirləri 31,325 milyon manat, cəmi xərcləri 34,389 milyon manat təşkil edib. 2016-cı ildə Şirkətin cəmi gəlirləri 28,844 milyon manat, cəmi xərcləri isə 25,970 milyon manat təşkil edib. İllik müqayisədə “AzSığorta”nın gəlirləri artsa da, əməliyyat və işlərin aparılması xərcləri artdığından ötən ili zərər ilə başa vurub.

 

İllik müqayisədə “Azsığorta”nın topladığı sığorta haqları 22,525 milyon manatdan 24,956 milyon manata, sığorta ödənişləri isə 7,751 milyon manatdan 9,096 milyon manata qalxıb.

 

31 Dekabr 2017-ci il tarixində “Azsığorta” 61,009 milyon manat cəmi aktivlərə, 29,883 milyon manat cəmi kapitala və 31,126 milyon manat cəmi öhdəliklərə malik olub. Şirkət 31 Dekabr 2016-cı il tarixində 60,464 milyon manat cəmi aktivlərə, 33,439 milyon manat cəmi kapitala və 27,025 min manat cəmi öhdəliklərə malik idi. Kapitalın azalması ötən il yaranan zərərlə bağlıdır.

Related Articles

050-295-94-79
top