AZƏRBAYCANLI MÜĞƏNNİ: “TOYUM OLDU, GƏLİNLİK GEYİNMƏDİM…” – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.BiG.AZ-ın məlumatına görə, sənətçi verilişdə uğursuz ailə həyatından danışıb. O, ilk nişanlısı ilə uzun müddət birlikdə qala bilmədiyini deyib:

“Dedilər ki, bu qız bizimdir. Bu barədə heç anlayışım da yox idi. 5-ci sinifdə ailə qurmaq mənə çatmır. Elə sevinirdim ki, nişanlım gəlib. O dövrdə belə idi. Mən sonradan dərk etdim ki, mənim həyat yoldaşım məndən zəhmli, sözü keçən, artıq pul qazanan, dərrakəli insan olmalıdır. 10-cu sinifdə toy edəndə gəlinlik paltarı geyinmədim. Evdən də qaçdım, qalmadım. Məni başa düşdülər. Nişanlım əmim oğlu idi. Sonra onu özümüz evləndirdik. İndi ailəsi də var, uşağı da, nəvələri də var. O da məni başa düşdü. Dedim ki, sən mənlik deyilsən, zəifsən. Elə bil ki, əmiqızı kimi məni əzizləyirdi”.

Related Articles

050-295-94-79
top